×
A
A
A
Sazlamalar

Hikmət Hacıyev: Regionlara gediş-gəliş bölgələrimizdə də yoluxma hallarının artmasına təsir edə bilər VİDEO

Bakı, 3 avqust, AZƏRTAC

Hazırda Bakı şəhərində yoluxma tendensiyası müşahidə edilir. Regionlara gediş-gəliş bölgələrimizdə də yoluxma hallarının artmasına təsir edə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.
Regionlara gediş-gəlişlə bağlı məsələnin müzakirə olunduğunu söyləyən Hikmət Hacıyev deyib: “Hazırda bu məsələyə baxılır, müxtəlif qaydalarla bağlı fikirlər irəli sürülür. Xüsusi bir məqamı nəzərə almalıyıq ki, hazırda Bakı şəhərində yoluxma tendensiyası müşahidə edilir. Regionlara gediş-gəliş bölgələrimizdə də yoluxma hallarının artmasına təsir edə bilər. Ona görə də epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilərək regionlara gediş-gəliş məsələsinə baxılacaq”.
Dünya Bankı və digər təsisatlar tərəfindən 100-dən çox ölkəyə yardımların edildiyini söyləyən Hikmət Hacıyev deyib: “Dünya ölkələrinin əksəriyyəti borclanmaya gedirlər, müxtəlif təsisatlardan kreditlər alırlar. Azərbaycanda isə mənzərə fərqlidir. Azərbaycan xarici borclanma siyasətini həyata keçirmir, pandemiyanın doğurduğu çətinliklərə baxmayaraq, dövlətimiz iqtisadiyyatımızın və vətəndaşlarımızın dəstəklənməsi istiqamətində layihələr həyata keçirir”.

Siyasət 2020-08-03 18:15:00

Video