×
A
A
A
Sazlamalar

Yaqut Qarayeva: Yeni laboratoriyaların açılması və aparılan testlərin artırılması gözlənilir

Bakı, 3 avqust, AZƏRTAC

Son günlər yeni modul tipli xəstəxanalar açılıb. Bu, çarpayı fondunun artırılması ilə yanaşı, yeni intensiv terapiya-reanimasiya çarpayılarının da artırılması deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Şöbə müdirinin dediyinə görə, eyni zamanda, yeni laboratoriyaların açılması və test imkanlarının artırılması da nəzərdə tutulur: “Xarici ölkələrdən mütəxəssislərin cəlb olunması və daimi təlimlərin keçirilməsi intensiv olaraq hazırlıq işlərinin davam etməsi deməkdir. Əgər pandemiya ilə mübarizə davam edəcəksə, bu mübarizəyə hazırıq”.

Səhiyyə 2020-08-03 17:58:00