×
A
A
A
Sazlamalar

Azərbaycanda koronavirus infeksiyasından daha 647 nəfər sağalıb, 241 yoluxma faktı qeydə alınıb

Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 647 nəfər sağalıb, 241 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 32 min 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 27 min 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib. Aktiv xəstə sayı 4456 nəfərdir.
Ötən müddət ərzində 744 min 837 test aparılıb. Bugünkü test sayı isə 5874-dür.

Səhiyyə 2020-08-03 17:11:00