×
A
A
A
Sazlamalar

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 3 avqust, AZƏRTAC 

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 2-də saat 23 radələrində rayonun Arazbari kəndi ərazisində rayon sakini Qədir Musayev idarə etdiyi “NAZ-Lifan” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Hadisə ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-08-03 15:46:00