×
A
A
A
Sazlamalar

Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu enəcək, leysan yağacaq

Bakı, 1 avqust, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 2-si axşamdan avqustun 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18, arabir 20-25 metr-saniyə olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir saniyədə 28 metrədək güclənəcəyi gözlənilir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, avqustun 2-də Azərbaycanın şimal və qərb rayonlarında, avqustun 3-də isə əksər bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək. Avqustun 2-də gündüz və avqustun 3-də küləyin sürəti saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 25-30 metr-saniyəyədək güclənəcəyi gözlənilir.
Havanın temperaturu avqustun 3-də 3-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel olacağı ehtimalı var.
Qeyri-sabit hava şəraiti avqustun 4-ü gündüzədək davam edəcək.

Ekologiya 2020-08-01 17:40:00