Azərbaycan Maliyyə-İqtisad Kollecində icmal mühazirələr keçiriləcək
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecində icmal mühazirələr keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, distant dərslərdə iştirak etməyən tələbələrin müraciətlərinə əsasən keçiriləcək ödənişsiz icmal mühazirələr müvafiq fənn üzrə sillabusda nəzərdə tutulan mövzuların ümumi məzmununu, imtahan sualları üzrə sual-cavabı əhatə edəcək. Bu məqsədlə kollec rəhbərliyi ilə icmal mühazirələrdə iştirak edəcək tələblər arasında onlayn görüş təşkil olunub.
Görüşdə kollecin direktoru, dosent Oruc Məmmədov onlayn rejimdə keçiriləcək icmal mühazirələrin mahiyyətindən, onlayn dərslərdə tələbə-müəllim münasibətlərindən danışıb, onlara tövsiyələrini verib.
Sonra tələbələrin sualları cavablandırılıb.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır