×
A
A
A
Sazlamalar

Diaspor könüllüləri xaricdəki həmyaşıdları arasında “Karabakh is Azerbaijan” şüarını təbliğ edirlər

Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə xarici ölkələrin gəncləri arasında "Qarabağ Azərbaycandır!" şüarının təbliği ilə bağlı kampaniyaya start verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, diaspor könüllüsü Ruslan Vəliyev bu məqsədlə “Xarici ölkə gəncləri də “Qarabağ Azərbaycandır!” deyir” mövzusunda süjet hazırlanıb. “Karabakh is Azerbaijan” “YouTube” kanalında yayımlanan süjetdə Alper, Əkrəm və Vədat (Türkiyə), Klaudia, Draqos (CAD), Şoib (Hindistan), Aloa (Qazaxıstan), Mariya Sofiya, Nikola, Ivana (Makedoniya), Dominik (Hollandiya), Şəms (Banqladeş), Şəhrizoda (Özbəkistan), Usama (Pakistan) adlı gənclər öz doğma dillərində "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər.
Onlar şüarları səsləndirməklə kifayətlənməyib, həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətini, terrorçu və zorakılıq əməllərini pisləyiblər. Ermənistanın Azərbaycana məxsus olan Dağlıq Qarabağ və ona bitişik əraziləri işğal etməsinə, erməni silahlı qüvvələrinin iyulun əvvəlində törətdiyi hərbi təxribatlar zamanı respublikamızın sərhədyanı kəndlərinin artilleriya zərbələrinə məruz qalmasına diqqət cəlb olunub. Şəhid olan hərbçilərimizə görə ölkəmizə başsağlığı verən gənclər Azərbaycanı dəstəklədiklərini, onun üçün ədalət tələb etdiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə dinc yolla son qoyulmasının zəruriliyini vurğulayıblar.

Diaspor 2020-07-30 18:57:00