×
A
A
A
Sazlamalar

Azərbaycan məktəblilərinin növbəti uğuru

Bakı, 30 iyul, AZƏRTAC 

Kimya fənni üzrə virtual şəkildə 52-ci Beynəlxalq kimya olimpiadası (IChO 2020) keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 60 ölkə və 235 məktəblinin qatıldığı bu olimpiadada iştirak edən Azərbaycan məktəbliləri yeni uğura imza atıblar. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Xanım Yaqublu gümüş medal, həmin liseyin XI sinif şagirdi Əjdər Fərzullazadə isə bürünc medala layiq görülüb.

Elm və təhsil 2020-07-30 18:26:00