×
A
A
A
Sazlamalar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Avrasiyada GovTech sənayesi” onlayn panelində təmsil olunub

Bakı, 30 iyul, AZƏRTAC

“StrategEast” strateji mərkəzinin təşkilatçılığı ilə “GovTech Industry in Eurasia” (Avrasiyada GovTech sənayesi) adlı onlayn panel keçirilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov təmsil edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, paneldə “GovTech” həllərini həyata keçirmək üçün yerli və beynəlxalq texnologiya şirkətlərinin əməkdaşlığı, bu həllərin maliyyələşdirilməsi, investisiyaların cəlb edilməsi müzakirə predmeti olub.
Həmçinin Avrasiya bölgəsi üçün vahid həllərin yaradılması imkanları, bu sahədə maarifləndirmənin əhəmiyyəti və digər məsələlər üzrə müzakirələr aparılıb.

İKT 2020-07-30 17:54:00