×
A
A
A
Sazlamalar

Ötən ay gümüş istehsalı artıb

Bakı, 29 iyul, AZƏRTAC

İyunda mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 378,1 kiloqramı gümüşün payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 29,7 kiloqram çox olub.
İyulun 1-nə olan vəziyyətə hazır gümüş ehtiyatı 416,6 kiloqram təşkil edib.

 

Sənaye 2020-07-29 12:06:00