×
A
A
A
Sazlamalar

Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb

Bakı, 28 iyul, AZƏRTAC 

İyunda mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 657,1 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 63,4 kiloqram artıb.
İyulun 1-nə olan vəziyyətə əsasən, 676,1 kiloqram hazır məhsul ehtiyatı var.

Sənaye 2020-07-28 12:28:00