×
A
A
A
Sazlamalar

Həftəsonu elektrik qatarları hərəkətdə olmayacaq

Bakı, 24 iyul, AZƏRTAC

Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejiminin avqustun 5-dək uzadılması ilə əlaqədar Abşeron Dairəvi Dəmir yolu xətti üzrə işləyən elektrik qatarları şənbə və bazar günləri hərəkətdə olmayacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, iyulun 25-i və 26-da, avqustun 1-i və 2-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti tam dayandırılacaq. Digər günlərdə isə sərnişin daşınması qüvvədə olan qrafik üzrə yerinə yetiriləcək.
İyulun 31-dən və avqustun 3-dək bayram və qeyri iş günləri olduğuna görə saat 17:30 və 18:35-də yola düşən yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17:40 və 19:05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək. Həmçinin saat 07:40 və 09:15-də yola düşən Sumqayıt-Pirşağı–Bakı, saat 08:00 və 09:20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq.

Nəqliyyat 2020-07-24 18:30:00