×
A
A
A
Sazlamalar

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakı, 23 iyul, AZƏRTAC

Təmir işləri ilə əlaqədar iyulun 23-dən 24-nə keçən gecədən etibarən paytaxtın Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Tikinti̇ 2020-07-23 17:16:00