×
A
A
A
Sazlamalar

Yarım ildə 1711,7 kiloqram qızıl istehsal edilib

Bakı, 18 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 1711,7 kiloqramı qızılın payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalıb.
İyulun 1-nə olan vəziyyətə əsasən, 259,5 kiloqram hazır qızıl ehtiyatı var.

Sənaye 2020-07-18 14:03:00