×
A
A
A
Sazlamalar

Altı ayda gümüş istehsalı 25,1 faiz artıb

Bakı, 18 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 2150,3 kiloqramı gümüşün payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz artıb.
İyulun 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 416,6 kiloqram təşkil edib.

Sənaye 2020-07-18 12:35:00