×
A
A
A
Sazlamalar

İlin birinci yarısında 47,3 milyon dollarlıq polietilen ixrac olunub

Bakı, 16 iyul, AZƏRTAC

Yarım ildə Azərbaycandan 74,1 min ton polietilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ixrac edilən polietilenin dəyəri isə 47,3 milyon ABŞ dolları olub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Sənaye 2020-07-16 18:22:00