×
A
A
A
Sazlamalar

Altı ayda Azərbaycandan 279,5 min ton kimya sənayesi məhsulları göndərilib

Bakı, 16 iyul, AZƏRTAC

İlin ilk yarısında Azərbaycandan 279,5 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 40,6 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin yanvar-iyun aylarında ölkədən ixrac olunan 210 min ton kimya məhsullarının dəyəri 45,6 milyon dollar təşkil etmişdi.


Sənaye 2020-07-16 18:04:00