×
A
A
A
Sazlamalar

Dövlət Rəsm Qalereyasının “+5C” adlı yeni virtual layihəsi davam edir

Bakı, 15 iyul, AZƏRTAC 

Azərbaycan Dövlət Rəsm Qalereyasının “+5C” adlı yeni virtual layihəsi davam edir.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, layihənin növbəti proqramı bu gün saat 18:00-da təqdim ediləcək. Sənətsevərlər xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində ilk dəfə Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm də 5 suala cavab verib, hədiyyə də qazana biləcəklər.
Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının ınstagram (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulub, iştirak etmək mümkündür.
Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “whatsapp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

İncəsənət 2020-07-15 11:48:00