×
A
A
A
Sazlamalar

Keçən il OPEC-ə üzv ölkələrdən neft istehsalı ən çox İran və Venesuelada azalıb

Bakı, 13 iyul, AZƏRTAC

Ötən il Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan ölkələrdən xam neft hasilatı ən çox İran və Venesuelada azalıb.
AZƏRTAC OPEC-in illik statistik bülleteninə istinadla xəbər verir ki, 2019-cu ildə İranın neft istehsalı əvvəlki ilə nisbətən 1 milyon 197 min barrel azalaraq gündəlik 2 milyon 356 min barrelə düşüb. İl ərzində Venesuelada sutkalıq neft hasilatı isə 498 min barrel azalaraq 1 milyon 12 min barrelə enib.

Neft - qaz 2020-07-13 18:39:00