×
A
A
A
Sazlamalar

Niderlandda “3D” printerdə körpü çap ediləcək

Bakı, 13 iyul, AZƏRTAC

Niderlandın Rotterdam şəhərinin rəhbərliyi “3D” printerdə çap edilmiş yeni körpü quraşdırmağı planlaşdırır.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, uzunluğu 6,5 metr təşkil edəcək körpünün ilin sonunda Kralinqs Bos parkında, 1975-ci ildə qurulan hazırkı taxta körpünün yerində tikilməsi nəzərdə tutulur.
Mütəxəssislərin sözlərinə görə, 2100-cü ilədək istifadə ediləcək yeni körpü obyektin vəziyyəti haqqında məlumatların toplanılması və onların tikilinin “rəqəmli oxşarı”na ötürülməsi üçün xüsusi sensorlarla təchiz olunacaq.
Körpünün istismar müddəti başa çatdıqdan sonra onun bütün materialları təkrar emal edilərək istifadə olunacaq.

Dünya 2020-07-13 16:12:00