×
A
A
A
Sazlamalar

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

İstanbul, 13 iyul, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, prezidentlər Liviya və İdlib başda olmaqla regional məsələləri müzakirə ediblər.
Bundan əlavə, söhbət zamanı regional sülh, təhlükəsizlik və sabitliyin qorunması üçün əməkdaşlığın davam etdirilməsinə dair razılıq əldə olunub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-07-13 15:57:00