×
A
A
A
Sazlamalar

Ermənistanda koronavirusdan ölənlərin sayı 573-ə çatıb

Tbilisi, 13 iyul, AZƏRTAC

Son 24 saat ərzində Ermənistanda daha 182 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 32 min 151 nəfərə yüksəlib.
Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzinin məlumatına görə, ölkədə son sutka ərzində 8 nəfər pandemiyanın qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 572 nəfərə çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-07-13 15:44:00