Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Koronavirusla bağlı tədbirlərin heç bir nəticə vermədiyi Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay uzadılıb

Tbilisi, 13 iyul, AZƏRTAC

Ermənistan hökuməti koronavirusla əlaqədar fövqəladə vəziyyət rejimini daha bir ay uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Rustam Badasyan məlumat verib.
Onun sözlərinə görə, ölkədə COVID-19 virusunun qarşısının alınması istiqamətində görülən tədbirlər nəticə vermir. Hökumət vəziyyətdən çıxış yolunu yalnız fövqəladə vəziyyət rejiminin uzadılmasında və daha sərt cəza tədbirlərinin tətbiqində görür. Ona görə də ölkədə fövqəladə vəziyyət rejimi avqustun 12-dək uzadılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejimi martın 16-da elan olunub və bundan əvvəl 3 dəfə artırılıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-07-13 15:17:00