Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ATP ABŞ-dakı turnirlərlə bağlı tennisçilərlə videomüşavirə keçirəcək

Bakı, 13 iyul, AZƏRTAC

ABŞ-da koronavirusla bağlı vəziyyət ürəkaçan olmadığına görə bəzi tennisçilər mövsümün bərpasından sonra bu ölkəyə yollanmaq istəmir. Bu məsələ ilə əlaqədar hətta “US Open”in keçirilməsi də sual altındadır.
AZƏRTAC xəbər verir ki, ATP tennisçilərlə ABŞ-da keçirilməli olan turnirlərin bərpası ilə bağlı videomüşavirə keçirəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Qurumun rəhbərliyi tennisçilərin mövqeyini öyrənmək istəyir. Bəzi raketka ustaları ABŞ-da koronavirusla bağlı vəziyyətin acınacaqlı həddə çatmasına görə bu ölkəyə yollanmaq istəmir. Ümumiyyətlə, tennisçilərin əksəriyyəti mövsümün sentyabr ayında bərpa edilməsini arzulayır. Onlar Avropada torpaq kortlarda keçiriləcək turnirlərdə yarışmağı planlaşdırırlar. ATP oyunçularla videokonfrans təşkil etdikdən sonra onların məşqçiləri ilə də eyni formatda müşavirə keçirməyi planlaşdırır.
Müzakirə olunacaq məsələlərdən biri də tibbi sığorta ilə bağlı narahatlıqdır. Belə ki, tennisçilər ABŞ-da koronavirusa yoluxandan sonra təzminat almağı da fikirləşirlər.

 

İdman 2020-07-13 12:55:00