Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ağsuda yay şumuna 40-dək traktor cəlb olunub

Ağsu, 13 iyul, AZƏRTAC 

Ağsuda payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumu aparılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilir ki, fermerlər və fiziki şəxslər taxıl biçini kampaniyasından sonra hazırda bütün qüvvələrini yay şumunun vaxtında və keyfiyyətlə aparılmasına səfərbər ediblər. Hər gün sahələrə 40-dək şum traktoru çıxarılır. Qısa vaxtda 3150 hektarda şum qaldırılıb. Rayonun əksər ərazilərində, xüsusilə Padar, Növcü, Rəhimli və bir sıra digər ərazi dairələrində iş daha mütəşəkkil aparılır.
Qeyd edək ki, qarşıdakı payızda rayonda 15 min hektardan çox sahədə əkin işləri aparılması nəzərdə tutulub.

Kənd təsərrüfatı 2020-07-13 12:50:00