×
A
A
A
Sazlamalar

Sutka ərzində Qırğızıstanda koronavirusa 488 nəfər yoluxub

Bişkek, 13 iyul, АZƏRTAC
Son sutkada Qırğızıstanda COVID-19-dan 15 nəfər dünyasını dəyişib. Vəfat edənlərin 4-ü həkim, biri tibb bacısıdır. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 147–yə çatıb.
Qırğızıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Aynura Akmatova məlumat verib ki, son sutkada ölkədə koronavirusa 488 nəfər yoluxub. Ümumiyyətlə, ölkədə COVID-19-a yoluxanların sayı 11 min 117-dir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

 

Dünya 2020-07-13 11:56:00