×
A
A
A
Sazlamalar

Koronavirusa yoluxanların sayı Filippində də artır

Tokio, 13 iyul, AZƏRTAC

İyulun 13-nə olan məlumata görə, Filippində koronavirusa yoluxanların sayı 56 min 259 nəfərə çatıb.
AZƏRTAC Filippin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutka ərzində ölkədə 2124 nəfər COVID-19-a yoluxub, 162 nəfər həyatını itirib. Pandemiyadan ölənlərin ümumi sayı 1534-dür.
Eyni zamanda, məlumatda ötən dövrdə 16 min 46 nəfərin sağaldığı da qeyd edilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-07-13 10:32:00