×
A
A
A
Sazlamalar

"Sabah" klubunda yeni təyinatlar həyata keçirilib

Bakı, 13 iyul, AZƏRTAC

Bakının “Sabah” futbol klubunda yeni təyinatlar həyata keçirilib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Ramin Quliyev klubun idman direktoru vəzifəsinə təyin edilib. Futbolçu karyerası ərzində “Bakı”, “Olimpik”, “Standart”, “Şəfa”, “Neftçi” və “Qəbələ” klublarında çıxış etmiş R.Quliyev, Azərbaycan millisinin də üzvü olub. O, ötən ilin oktyabrından “Sabah”da məşqçi kimi çalışırdı.
Ukraynalı məşqçi Qleb Platov baş məşqçinin köməkçisi, ispaniyalı mütəxəssis Xesus Pinedo isə fiziki hazırlıq üzrə məşqçi təyin olunub.
Platov karyerası ərzində “Dinamo”nun (Kiyev, Ukrayna) gənclərdən ibarət komandasında, Qətərin U-23 milli komandasında və “Aspire “Akademiyası”nda məşqçi kimi çalışıb.

İdman 2020-07-13 07:41:00