Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Yuventus”- “Atalanta" qarşılaşmasında qalib müəyyənləşməyib

Bakı, 12 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 11-də futbol üzrə İtaliya A Seriyasında 32-ci turun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, lider "Yuventus" klubu öz meydanında “Atalanta"nı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib - 2:2. Matçda hesab 16-cı dəqiqədə açılıb. Dyuvan Sapata "Atalanta"nın ilk qolunu vurub. Kriştianu Ronaldu 55-ci dəqiqədə penalti ilə hesabı bərabərləşdirib. Lakin Ruslan Malinovski 81-ci dəqiqədə "Atalanta"nı növbəti dəfə hesabda önə çıxarıb.
"Yuventus" Ronaldunun 90-cı dəqiqədə ikinci penaltini dəqiq yerinə yetirməsi ilə məğlubiyyətdən yaxa qurtarıb. "Yuventus" 32 turdan sonra 76 xal toplayıb. Komanda bununla A Seriyasında liderliyin davam etdirir. "Atalanta" isə 67 xalla üçüncü yerlə qərarlaşıb.

İdman 2020-07-12 02:30:00