×
A
A
A
Sazlamalar

UNEC-də magistraturaya qeydiyyat davam edir

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistraturaya qeydiyyat üçün onlayn sənəd qəbulu qaydalara uyğun olaraq iyulun 15-dək aparılacaq.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, magistraturaya qəbul olan bakalavrlar arayışlarla bağlı universitetin onlayn “Bir pəncərə” xidmətinə müraciət edə bilərlər. Arayışlar 1 gün ərzində onlayn olaraq müraciət edənlərə təqdim olunacaq. Magistraturaya sənəd qəbulu şənbə və bazar günləri də aparılacaq.

Elm və təhsil 2020-07-11 18:03:00