×
A
A
A
Sazlamalar

Azərbaycanda koronavirusa daha 531 nəfər yoluxub, 514 nəfər sağalıb


Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 531 yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 23 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 min 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib. Aktiv xəstə sayı 8616 nəfərdir.
Ötən müddət ərzində 560 min 356 test aparılıb. Bugünkü test sayı isə 8045-dir.

Səhiyyə 2020-07-11 16:30:00