×
A
A
A
Sazlamalar

Şəkinin gənc könüllüləri pandemiyaya qarşı mübarizə tədbirlərinə fəal qoşulublar

Şəki, 11 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Şəki rayonunun gənc könüllüləri koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması məqsədilə sakinlər arasında maarifləndirmə tədbirlərini davam etdirirlər.
Şəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Sahil Babazadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, mərkəzin gənc könüllüləri şəhər icra hakimiyyəti tərəfindən yaradılan mobil qrupların tərkibində şəhərin ayrı-ayrı yaşayış məhəllələrində keçirilən reydlərdə fəal iştirak edir, vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyini izah edirlər. Gənclər, həmçinin koronavirusdan qorunmaq məqsədilə hazırlanan və üzərində təbliğat-təşviqat məlumatları yazılmış etiket və vərəqləri əhalinin daha çox toplaşdığı məkanların, ticarət obyektlərinin, apteklərin, bankomatların, ödəmə terminallarının qarşısına yapışdırıblar.
Direktor qeyd edib ki, belə tədbirlər davamlı xarakter daşıyır. Əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaqdır.

Regionlar 2020-07-11 15:38:00