×
A
A
A
Sazlamalar

Reklam lövhələri müsabiqəsi elan olunub

Bakı, 11 iyul, AZƏRTAC

Polşada keçirilən “Billboards Art Moves” 13-cü İncəsənət Festivalı çərçivəsində reklam lövhələri müsabiqəsi elan olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqə Polşanın Torun şəhərində yerləşən Rusz Fondu tərəfindən təşkil olunur.
Bu ilin mövzusu - “Epidemiyalar qlobal fəlakət, cəza, yoxsa özünüzü və dünyanı yenidən kəşf etmək fürsətidir?”.
Beynəlxalq münsiflər heyəti tərəfindən seçilən ən yaxşı 10 iş sentyabr-oktyabr aylarında Torun şəhərində xüsusi məkanda çap edilərək sərgilənəcək.
Müsabiqənin qalibinə pul mükafatı veriləcək. Ətraflı məlumatı festivalın saytından http://artmovesfestival.org əldə etmək olar.

İncəsənət 2020-07-11 07:55:00