×
A
A
A
Sazlamalar

Neftin qiyməti həftəni itkilərlə tamamlayır

Bakı, 10 iyul, AZƏRTAC

Xam neft qiymətləri həftəni itkilərlə tamamlamağa yönəlib.
AZƏRTAC xəbər verir ki, buna səbəb tələb və təkliflə bağlı narahatlıqların artmasıdır. Həmçinin qlobal miqyasda koronavirusa yoluxma hallarının çoxalması və tədarük bolluğu qiymətə aşağı istiqamətli təsir edir.
Bundan başqa, ABŞ-da xam neft ehtiyatları rekord həddə çatır və neft tələbatının azaldığı vaxtda dünya neftinin əhəmiyyətli hissəsini saxlayan tankerlər bu yükləri boşaltmağa başlayır.
Aprel ayında neftdəki mənfi qiymətlərdən sonra başlayan artım dinamikası virusun tələbi çökdüyü bir neçə aydan sonra volatilliyin fevraldan bəri ən aşağı səviyyəyə enməsi ilə geriləməyə başlayıb.
Qeyd edək ki, “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 42,17 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 39,42 dollara satılır.

 

Neft - qaz 2020-07-10 17:23:00