×
A
A
A
Sazlamalar

Bu yollarda xətlənmə işləri aparılacaq

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-u axşam saat 22:00-dan səhər saat 06:00-dək paytaxtın Şıxəli Qurbanov küçəsi və Tbilisi prospektinin hər iki istiqamətində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Tikinti̇ 2020-07-10 17:09:00