×
A
A
A
Sazlamalar

Neftçilər prospekti və Niyazi küçəsində üfüqi nişanlanma xətləri yenilənəcək

Bakı, 10 iyul, AZƏRTAC

Paytaxtın Neftçilər prospekti və Niyazi küçəsində iyulun 10-u axşam saat 23:00-dan səhər saat 06:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Tikinti̇ 2020-07-10 16:18:00