×
A
A
A
Sazlamalar

® “Rabitəbank”dan elektron ticarət tariflərinə endirim

“Rabitəbank” sahibkarlara dəstək məqsədilə yeni müştərilərinə elektron ticarət tariflərində güzəşt kampaniyası elan edir.

Azərbaycan Mərkəzi Bankının COVID-19 pandemiyası ilə əlaqədar sahibkarlara dəstək məqsədli tövsiyələrinə uyğun olaraq “Rabitəbank” POS-terminal və elektron ticarət tariflərinə güzəşt edilməsinə dair qərar qəbul edib. Ölkədə xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar müştərilərlə təması minimuma endirən şirkətlərin onlayn fəaliyyətinə dəstək olaraq “Rabitəbank” e-ticarət üçün yeni tariflərini elan edib. İyul ayı ərzində müraciət edən yeni müştərilərə ilk 3 ay minimal tarif ilə xidmət ediləcək. İyulda yeni müraciət edəcək startaplar da bir sıra endirim və güzəştlərdən bəhrələnəcək. Belə ki, ilk 3 ay ərzində aylıq 1000 AZN-dək dövriyyədən heç bir xərc və xidmət haqqı tutulmayacaq. Müraciət etmək istəyənlər bankın 133 nömrəli məlumat mərkəzinə zəng edə və ya https://www.rabitabank.com/pos-terminallar-ve-elektron linkinə keçid edərək sifariş edə bilərlər. Kampaniya iyul ayının sonunadək keçərlidir.
"Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, “İnternet Bankinq” və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

Maliyyə 2020-07-10 14:15:00