×
A
A
A
Sazlamalar

Keçən ay OPEC-in sutkalıq neft hasilatı 22,1 milyon barrel olub

Bakı, 10 iyul, AZƏRTAC
İyunda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı əvvəlki ayla müqayisədə 1 milyon 900 min barrel azalaraq sutkada 22 milyon 190 min barrel təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan hasilat isə gündəlik 5 milyon barrel təşkil edib. Bununla da, iyunda OPEC-in sutkalıq istehsalı ümumilikdə 27 milyon 190 min barrel olub.

Neft - qaz 2020-07-10 13:51:00