×
A
A
A
Sazlamalar

Qlobal neft tədarükü 9 ilin minimumuna enib

Bakı, 10 iyul, AZƏRTAC

İyun ayında qlobal neft təklifi may ayı ilə müqayisədə orta hesabla 2 milyon 390 min barrel azalaraq gündəlik 86 milyon 860 min barrel təşkil edib. Bu, son 9 ilin minimum göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Hesabata görə, qlobal neft tədarükü əvvəlki ilin eyni dövrünə görə sutkalıq 13 milyon 400 min barrel azalıb.
Ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft tədarükü isə 470 min barrel azalaraq sutkada 59 milyon 670 min barrel olub.

Neft - qaz 2020-07-10 13:35:00