×
A
A
A
Sazlamalar

Elektrik enerjisinin ixracı və idxalı azalıb

Bakı, 10 iyul, AZƏRTAC 

Yanvar-iyun aylarında ölkə üzrə elektrik enerjisinin ixracı 621,1 milyon kilovat/saat təşkil edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ixrac keçən ilin müvafiq dövrü ilə müqayisədə 52,2 milyon kilovat/saat azalıb. Bu ilin 6 ayında elektrik enerjisinin idxalı isə 71,5 milyon kilovat/saat təşkil etməklə ötən ilin eyni dövrünə nisbətən 8,8 milyon kilovat/saat azalıb.

 

Energetika 2020-07-10 12:04:00