×
A
A
A
Sazlamalar

Avtomobil Yolları Dövlət Agentliyinin almayacağı lisenziyaların siyahısı təsdiqlənib

Bakı, 9 iyul, AZƏRTAC

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısının təsdiq edilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilib.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Tikinti̇ 2020-07-09 16:18:00