×
A
A
A
Sazlamalar

Yevlax sakinindən iki kiloqramdan çox marixuana götürülüb

Bakı, 9 iyul, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Z.Hüseynovdan 2 kiloqram 85 qram yaş halda marixuana götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.

 

Hadisə 2020-07-09 15:20:00