×
A
A
A
Sazlamalar

Şirvanda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb

Bakı, 9 iyul, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş İ.Nəsibovun Şirvan şəhərində yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat davam edir.

Hadisə 2020-07-09 14:56:00