×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxana Abdulla Şaiqin kitablarını elektron formatda təqdim edir

Bakı, 9 iyul, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın görkəmli şairi Abdulla Şaiqin əsərlərini PDF formatda oxuculara təqdim edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, istifadəçilər kitabxananın “Elektron kitablar” bazasına daxil olub nəşrləri yükləyə bilərlər.
Xatırladaq ki, xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq tənzimlənir.

Elm və təhsil 2020-07-09 14:37:00