×
A
A
A
Sazlamalar

Yasamal rayonunda evdən 15 min manat pul oğurlanıb

Bakı, 9 iyul, AZƏRTAC

Paytaxtın Yasamal rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 6-da Yasamal rayonu ərazisindəki evlərin birindən 15 min manat məbləğində pul, 300 manat dəyərində velosiped və videomaqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Abdullayev, M.Əlixanov və əvvəllər məhkum olunmuş İ.Əlixanov Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-07-09 14:35:00