Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş xüsusi poçt markaları İspaniyada dövriyyəyə buraxılıb
Madrid, 9 iyul, AZƏRTAC
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 31 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü ilə İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən xüsusi poçt markaları hazırlanıb.
AZƏRTAC xəbər verir ki, üzərində Əbdürrəhim bəy Haqverdiyevin təsvirini özündə əks etdirən poçt markaları bütün İspaniya ərazisində dövriyyəyə buraxılıb.
Xatirladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq səfirlik tərəfindən bundan əvvəl də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileylərinə həsr olunmuş xüsusi poçt markaları hazırlanaraq dövriyyəyə buraxılmışdı.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması
Kukla Teatrında növbəti xeyriyyə aksiyası
Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək