×
A
A
A
Sazlamalar

İnnovasiyalar Agentliyindən startapçılara motivasiyalı müraciət

Bakı, 9 iyul, AZƏRTAC

Robert Dauni, yoxsa Toni Stark? R.Dauni haqqında danışan zaman çoxunun ağlına ilk gələn, onun “Dəmir adam” (Iron Man) personajını canlandırmağıdır. Etiraf etməliyik ki, Marvel filmləri bir neçə nəsil gənclərə təsir edib. 12-18 yaşarası gənclər bu filmlər vasitəsilə hədəf və ideyalar üçün sonacan mübarizə aparmağın nə olduğunu öyrəniblər.
AZƏRTAC İnnovasiyalar Agentliyinin “Dəmir adam” filmindəki bir epizodla startapçıları həvəsləndirəcək məsləhətini təqdim edir.
2008-ci ildə tamaşaçılara təqdim olunan bu filmdə T.Stark düzəltdiyi mexanizmin imkanlarını test etdiyi zaman: "Bəzən yeriməyi öyrənməzdən əvvəl qaçmalısan" - deyib.
Bu cümlə startap və biznesə tətbiq edilməyə layiqdir. Startapçılar "Mən bunu bacarmaram", "Edə biləcəyim iş deyil" və bu kimi fikirlərlə özləri-özlərini ruhdan salır, effektivliklərini itirirlər.
Ona görə də T.Starkın verdiyi məsləhətə qoşularaq gənc startaplara deyirik ki, bəzən yeriməyi bacarmazdan öncə qaça bilərsiniz. Daha böyük düşünün, daha cəld hərəkət edin. Startaplara uğurlar arzu edirik və sizə bu uzun, çətin, lakin çox zövqlü yolda kömək etməyə hazırıq.

İKT 2020-07-09 14:25:00