Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyənin Sakarya vilayətində daha bir partlayış baş verib

İstanbul, 9 iyul, AZƏRTAC

Türkiyənin Sakarya vilayətinin Taşkısığı bölgəsində şiddətli partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, Sakarya Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem Yüce hadisə nəticəsində iki nəfərin həlak olduğunu bildirib.
İlkin məlumatda hadisənin iyulun 3-də baş verən partlayış nəticəsində tamamilə dağılan pirotexniki vasitələrin istehsalı zavodunun yük avtomobilində meydana gəldiyi, yaralıların olduğu deyilir.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.
Xatırladaq ki, iyulun 3-də baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-07-09 14:26:00