×
A
A
A
Sazlamalar

Zaqatalada karantin rejimi qaydalarını pozan şəxslər cərimələniblər

Bakı, 9 iyul, AZƏRTAC 

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir qrup şəxsin bir yerə toplaşaraq hovuzda istirahət etdiklərini və karantin qaydalarını pozduqlarını müəyyənləşdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslər polis şöbəsinə dəvət edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.
Onların hər biri ilə polis əməkdaşları tərəfindən profilaktik söhbətlər aparılıb, karantin rejimi qaydaları izah edilib və ciddi xəbərdarlıq olunublar. Qaydaları pozanlar öz əməllərindən peşman olduqlarını səmimi etiraf ediblər.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib. İki nəfər barəsində toplanmış material rayon məhkəməsinə göndərilib.

Hadisə 2020-07-09 14:20:00