Ralli üzrə dünya çempionatının bərpa olunacağı tarix açıqlanıb
Bakı, 9 iyul, AZƏRTAC
Ralli üzrə dünya çempionatının təşkilatçıları cari mövsümün yeni təqvimini açıqlayıblar.
AZƏRTAC xəbər verir ki, çempionat martın əvvəlində koronavirus pandemiyasına görə təxirə salınmışdı. Sonuncu mərhələyə Meksika ev sahibliyi etmişdi.
Çempionatın sentyabrda bərpa olunacağı gözlənilir. Bərpadan sonra birinci yarış hazırkı dünya çempionu Ott Tyanakın vətəni Estoniyada sentyabrın 4-6-na planlaşdırılıb. Növbəti mərhələlər sentyabrın 24-27-də Türkiyədə, oktyabrın 15-18-də Almaniyada, oktyabrın 19-22-də Yaponiyada, oktyabrın 29-dan noyabrın 1-dək İtaliyada təşkil olunacaq.
Hazırda yarışın Belçika və Xorvatiyada keçirilməsi ilə bağlı danışıqlar gedir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir